EN

Yeni seçilmiş bələdiyyə üzvləri hansı addımları atmalıdır? QHT sədrindən AÇIQLAMA

29 yanvar 2025-ci il tarixində Azərbaycanda bələdiyyə seçkiləri keçirilib. “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva QHT.az-a açıqlamasında Xırdalan qəsəbəsində 48 saylı seçki məntəqəsində səs verdiyini və seçkilərin demokratik və şəffaf şəkildə keçirildiyini bildirib.

“Xırdalan bələdiyyəsi üzrə 29 namizəd qeydə alınmışdı, lakin 19 nəfər qalib oldu. Gün ərzində seçki prosesində əhalinin fəallığı müşahidə olunurdu. Bu, seçkilərə olan marağın və vətəndaş mövqeyinin göstəricisidir. İştirak edən bütün namizədlərə uğurlar arzulayır və qalibləri təbrik edirik. Ümid edirik ki, seçilən bələdiyyə üzvləri Xırdalan şəhərinin və ümumilikdə Abşeron rayonunun inkişafına töhfə verəcək,” – deyə Zülfiyyə Nuriyeva qeyd edib.

Seçkilərin nəticələri artıq axşam saatlarında məlum olub. Nuriyeva, yeni bələdiyyə üzvlərinin gələcək fəaliyyətinin daha aktiv hiss olunacağına ümid etdiyini vurğulayıb.

 

Pərvanə Fərhadqızı

Chosen
11
50
qht.az

10Sources