EN

Trampın neft siyasəti: Dünya iqtisadiyyatında ciddi dalğalanmalar ola bilər

Neftin bir barelinin qiymətini 45 dollara salmaq lazımdır.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu ABŞ prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.

Onun sözlərinə görə, yalnız Ukraynaya kömək etməklə Rusiyanı müharibəni dayandırmağa məcbur etmək olmaz:

“Biz neftin qiymətini bir barel üçün 45 dollara endirməliyik”.

Xüsusi nümayəndənin fikrincə, Rusiya neft sənayəsi ilə bağlı daha sərt tədbirlər görülməlidir:

“Rusiya neft satışından milyardlarla dollar qazanır. Bəs qiyməti barel üçün 45 dollara endirsək necə olacaq?”.

Qeyd edək ki, Tramp ölkəsinin neft qiymətlərini aşağı salmaq niyyətində olduğunu bildirib. Trampın neft qiymətlərini aşağı salmaq niyyətində olduğunu elan etməsindən sonra "qara qızıl" kəskin şəkildə ucuzlaşıb.

İqtisadçı-ekspert Natiq Cəfərli Bakıvaxtı.az-a deyib ki, əslində bu ideya Trampın deyil, "Reyqan doktrinası"dır.

Onun sözlərinə görə, 1980-ci illərdə "Reyqan doktrinası"nın ayaqlarından biri SSRİ-ni zəiflətmək məqsədi ilə neftin qiymətinin aşağı salınması idi:

"Neft o zaman 8 dollara qədər ucuzlaşmışdı. Buna həqiqətən də SSRİ iqtisadiyyatı dözə bilmədi. SSRİ-nin çöküş səbəbindən biri də neftin qiymətinin düşməsindən yaranan iqtisadi problemlər idi. Bu, keçmişdə baş vermiş bir hadisənin təkrarlanması cəhdidir. Yeni yanaşma deyil”.

Müsahibimiz qeyd edib ki, neftin qiyməti gündəlik ölçülmür. Elə gün ola bilər ki, qiymət 45 dollara da düşə bilər:

“Xatırlayırsızsa, pandemiya başlayanda 2020-ci ilin martında neftin qiymətləri hətta 21 dollaradək düşdü. Spot qiymətlər, gələcək neftin çatdırılma qiymətləri isə sıfırın altına enid. Yəni istehsalçılar nefti pulsuz verirdilər, təki limanlardan çıxarılsın. Amma bu, bir neçə gün, cəmi gün davam etdi. Ona görə də Trampın "45 dollar" vədi qalıcı olmalıdır. Ən azı 2-3 il davam etməlidir ki, Rusiya iqtisadiyyatına təsir göstərsin. Qısa zamanda baş verməsi qeyri-mümkündür və dünya iqtisadiyyatında da ciddi dalğalanmalara gətirib çıxara bilər. Yəqin ki, ilkin hədəf 70 dolların atlına enməkdir”.

Natiq Cəfərli: Bu ideya Trampın deyil, "Reyqan doktrinası"dır

Hazırda "Brend" markalı neftin qiymətinin 78 dollar olduğunu deyən Natiq Cəfərli hesab edir ki, növbəti hədəf isə 60 dolların aşağısı götürüləcək:

“Neftin qiymətinin 2025-ci il ərzində 45 dollar hədəfinə endirilməsi mümkünsüz görünür".

Aydın Baxış

Chosen
4
6
bakivaxti.az

10Sources