EN

ABŞ konqresmenlərinə DeepSeek AI çat-botundan istifadə qadağan edildi

Bakı. Trend:

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvlərinə Çinin süniintellekt çat-botu DeepSeek-dən istifadə etməyə icazə verilmir.

Trend xəbər verirki, bu barədə Axios portalı ABŞ Konqresinin NümayəndələrPalatasının departamentlərinə göndərilən məktuba istinadən məlumatyayıb.

"DeepSeek hazırda ABŞ Nümayəndələr Palatası tərəfindən nəzərdənkeçirilir və rəsmi istifadə üçün təsdiqlənməyib", – bildirişdə qeydolunub.

Bundan əvvəl İtaliyanın Məlumatların Mühafizəsi Təşkilatı ÇininDeepSeek proqramını bloklamaq barədə göstəriş vermişdi.Tənzimləyici qurumun bəyanatında bildirilib ki, Çin şirkətininİtaliyada fəaliyyət göstərməməsi və Aİ qaydalarına tabe olmamasınarahatlıq doğurub.

Qeyd edək ki, DeepSeek yanvarın 20-də R1 çat-botunun yeniversiyasını təqdim edib. Şirkətin iddiasına görə, yeni versiyaOpenAI-nin ən müasir ChatGPT modelindən üstündür.

Chosen
17
3
az.trend.az

10Sources