1992-ci ildən Azərbaycanda Fransa səfirliyi fəaliyyətə başlayıb və bu, iki ölkə arasında əlaqələrin inkişafında mühüm rol oynayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "Côte d'Azur" universitenin professoru Kristian Vallar "Fransa və Ermənistan-Azərbaycan münaqişəsi" mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.
Professor qeyd edib ki, 1992-ci ildən etibarən Fransa Azərbaycan-Ermənistan münaqişəsinin həllində fəal iştirakla yadda qalıb.
"Bildiyiniz kimi, Azərbaycan torpaqlarının 20 faizinə qədərini itirmişdi. Nəticədə 1 milyona yaxın insan doğma yurdundan didərgin düşdü. 2020-ci ilə qədər torpaqların qaytarılması istiqamətində aparılan danışıqlar nəticəsiz qaldı. Bu illər ərzində münaqişə bölgəsində situasiya dəyişməz olaraq qaldı", - Vallar qeyd edib.