RU

Yan Raş Məhəmməd Salaha səsləndi

“Liverpul”un və Uels yığmasının keçmiş hücumçusu Yan Raş “qırmızılar”ın misirli futbolçusu Məhəmməd Salahı klubda qalmağa səsləyib.

Arena.az Yan Raşın bu barədə müraciətini təqdim edir:

“Mən çox istərdim ki, “Mo” müqaviləsinin müddətini uzatsın. Biz gələcəkdə nə olacağını bilmirik, amma əminəm ki, hər bir “Liverul” azarkeşi də bunu istərdi”, deyə Yan Raş vurğulayıb.

Xatırladaq ki, Məhəmməd Salah 2017-ci ilin iyul ayından “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi həmin vaxt Salahın “Roma”dan transferi müqabilində 42 milyon avro məbləğində xərc çəkib.

Salah cari mövsümdə “qırmızılar”ın heyətində bütün yarışlarda 25 oyuna çıxıb, 19 qol vurub, 15 məhsuldar ötürmə verib.

Salah həmçinin cari mövsüm İngilyərə Premyer Liqasının ən məhsuldar və ən səmərəli oyunçusudur. Misirli ulduzun hesabında Premyer Liqada 16 qol və 11 məhsuldar ötürmə var.

Misirli hücumçunun “Liverpul”un heyətində ümumi statistikası 374 oyun, 230 qol, 103 məhsuldar ötürmədən ibarətdir.

Salah “Liverpul”la bütün mümkün ali klub yarışlarının qalibi olub.

Misirli ulduz həmçinin “Fiorentina”, “Çelsi”, “Bazel” və “Əl-Mukavilun” klublarında çıxış edib.

Xatırladaq ki, Salahın “Liverpul”la cari müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub. O, son açıqlamalarında indiki klubunda sonuncu mövsümünü keçirdiyinə işarə edib.

Məhəmməd Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 101 oyun keçirib, 58 qol vurub, 33 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı misirli sağ cinah hücumçusunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

Избранный
102
9
arena.az

8Источники