Şimal bölgəsində bir neçə gün keçən günəşli və yağıntısız havalar gecədən yerini qara verib.
Bizim.Media xəbər verir ki, əraziyə bu gün səhər yenidən qar düşüb.
Qarlı hava hazırda şaxta ilə müşahidə olunur.
Qubanın Qrız kəndində bölgə üzrə ən çox şaxta qeydə alınıb: - 9 dərəcə.
Qarın hündürlüyü Quba şəhərində 2, Qusar və Altıağacda 1 sm təşkil edir. Məlumatı Qubadakı Şimal-Şərq Regional Hidrometerologiya Mərkəzi təsdiqləyib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта