Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Meksika sərhədinə qoşun yeritməyiplanlaşdırdığını bildirib.
Trend-in məlumatına görə, bu barədə Donald Tramp inauqurasiyamərasimində deyib.
"Mən qeyri-qanuni immiqrasiyanı milli fövqəladə vəziyyət elanetmək, Meksika sərhədinə qoşun göndərmək və “Meksikada qalmaq”siyasətimi bərpa etmək niyyətindəyəm", - deyə o bildirib.
Bundan əlavə, Tramp qeyri-qanuni sərhəd keçidlərinə tam sonqoymağa və qanunsuz keçərkən tutulan bütün miqrantlarınsaxlanmasına çalışacağını vurğulayıb.