RU

"Biri mənimdir!" - Rusiya hərbçilərinin ukraynalı əsirlərə qarşı qəddarlığı

Hurriyyet.az xəbər "Ukrainskaya pravda" nəşrinə istinadla verir ki, Rusiya hərbçiləri Donetsk vilayətində ukraynalı hərbi əsirləri güllələyiblər. 

Ukraynanın ombudsmeni Dmitri Lubinets sosial şəbəkələrdə azı 6 nəfər ukraynalı əsirin rusiyalı hərbçilər tərəfindən güllələndiyindən bəhs edib.

Kadrlarda yerə uzadılmış ukraynalı əsgərlərin kürəklərinə güllə ilə vurulduğu görünür. Altı əsirin öldürülməsindən sonra yerdə yeddinci hərbçinin göründüyü zaman videoçəkiliş dayandırılır. Lubinets onun taleyinin naməlum qaldığını bildirib.

Ombudsmen deyib: "Əsir düşənlərin hər birinin edamı digərlərinin gözü qarşısında baş verir. İşğalçılar onlara "ağzını yumub uzan" əmri verirlər. Cinayətin "operatoru" "biri mənimdir" deyir və videonun sonunda əsirlərdən birinin kürəyinə ard-arda güllələr vurur". Lubinets bu cinayət barəsində BMT-yə və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məlumat verdiyini bildirib.

Ukraynanın Baş Prokurorluğu ukraynalı əsirlərin Donetsk vilayətində qətlə yetirildiyini dəqiqləşdirib. Videosu yayılan edamın nə vaxt baş verdiyi hələ məlum deyil.

Hürr Tərcüman

 

Избранный
10
7
hurriyyet.az

9Источники