RU

“Dünyada elə bir lider yoxdur ki, Ukraynanı buna məcbur etsin” - Zelenski

“Dünyada Ukraynanın Konstitusiyasını pozmağa və müvəqqəti işğal olunmuş əraziləri Rusiya kimi tanımağa məcbur edə biləcək lider yoxdur”.

Missiya.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Bloomberg” agentliyinə müsahibəsi zamanı deyib.

“Dünyada elə bir şəxs və elə lider yoxdur ki, Ukraynanı qanuni olaraq öz torpağında yaşamaq hüququnu pozmağa və müvəqqəti işğal olunmuş ərazilərimizi Rusiya kimi tanımağa məcbur edə bilsin. Bu mümkün deyil. Bu heç vaxt baş verməyəcək. Mən əminəm ki, Rusiya Prezidenti Vladimir Putin də bunu başa düşür”, - deyə siyasətçi vurğulayıb.

Zelenski qeyd edib ki, müharibənin qaynar mərhələsinə son qoymaq üçün həll yolu tapmaq lazımdır.

Daşqın HəsənovMissiya.Az

Избранный
50
2
missiya.az

10Источники