RU

“Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nın tətbiq edilməsi Qaydaları”na dəyişiklik edildi

Bakı. Trend:

Nazirlər Kabineti 9 fevral 2006-cı il tarixli qərarı ilə təsdiqedilmiş “Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələriilə sərnişin və yük daşımalarına görə verginin və məcburi dövlətsosial sığorta haqqının ödənilməsi xüsusiyyətləri, habelə“Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nın tətbiq edilməsiQaydaları”nda və 5 fevral 2009-cu il tarixli Qərarı ilə təsdiqedilmiş “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”də dəyişiklikedib.

Trend xəbər verir ki, bununlabağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra vergi ödəyicisinin işçi heyətinin vəözünəməxsus yüklərin daşınmasında istifadə edilən yeni avtomobilnəqliyyatı vasitələri müvafiq qaydada qeydiyyata alındıqdan sonramülkiyyətində avtomobil nəqliyyatı vasitələri olan vergiödəyiciləri 5 gün ərzində Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü NəqliyyatAgentliyinə İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilmişformada məlumat verəcəklər.

Bundan başqa, vergi ödəyiçisi AYNA növbəti ayın 10-dək əvvəlkiay ərzində verilmiş nişanlar barədə İqtisadiyyat Nazirliyi yanındaDövlət Vergi Xidmətinə məlumat verməlidir.

AYNA “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı vasitələriilə sərnişin və yük daşımalarını həyata keçirən şəxsləri müəyyənetdikdə, həmin şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş qaydadaməsuliyyətə cəlb edilməsi üçün İqtisadiyyat Nazirliyi yanındaDövlət Vergi Xidmətinə rəsmi məlumat verməlidir.

Məqalədə:
Избранный
16
13
az.trend.az

10Источники