Biz “erməni soyqırımı”nın tarixinə qayıtmalıyıq. Nəyin nə üçün baş verdiyini başa düşməliyik.
Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İsveçrədə erməni diasporunun üzvləri ilə görüş zamanı deyib.
O, “erməni soyqırımı” iddiasının tarixinin və necə ortaya atılmasının araşdırılmalı olduğunu bildirib:
“Biz bu məsələni necə və kimin köməyi ilə qəbul etdiyimizi bilməliyik. Necə olur ki, 1939-cü ildə bu mövzudan ümumiyyətlə heç yerdə bəhs edilmir, amma 1950-ci ildə anidən gündəmə gəlir? Aydınlaşdırılmalıdır”.
Qeyd edək ki, Nikol Paşinyan daha əvvəl Türkiyənin NATO koalisiyasına qoşulduğu ərəfədə “erməni soyqırımı” iddiasının sovet zamanında qəsdən ortaya atıldığını və şişirdildiyini bildirib.