Yunanıstan müdafiə naziri Nikos Dendias Fransa səfiri Louren Auerdən Türkiyəyə “Meteor” raketinin mümkün satışı ilə bağlı izahat verməsini tələb edib.
News24.az globalinfo.az-a istinadla xəbər verir ki, məlumatı Dendias X səhifəsində paylaşıb.
O, Fransa səfirinə Yunanıstanın bu raketlərin Ankaraya verilməsinə qarşı çıxdığını bildirib:
“Mən Fransa səfirinə iki ölkə arasındakı gözəl strateji münasibətlərə müvafiq olmayan razılaşmaya Yunanıstanın qəti etirazını bildirdim”.
Bunun əvəzində ölkənin baş naziri Kiraokis Miçotakis Fransanın Türkiyəyə raket satmasından xəbərdar olmadığını söyləyib.
Qeyd edək ki, bundan öncə “Milliyet” qəzeti Türkiyənin “Meteor” raketləri almaq istədiyini bildirib.