Ermənistanın baş naziri Nikol Paşinyan Boluda Kartalkaya dağ-xizək kurortunda 76 nəfərin ölümü ölə nəticələnən yanğınla bağlı Türkiyəyə şəxsən başsağlığı verib.
Bu barədə o, özünün "X" hesabında yazıb.
"Faciə sarsıdıcıdır. Həlak olanların ailələrinə başsağlığı verirəm. Yaralıların tezliklə sağalmasını arzulayıram", - baş nazir bildirib.
Bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi də Türkiyəyə başsağlığı vermişdi.
Ağarza Elçinoğlu
Mənbə: unikal.az