Aİ-nin yeni sanksiyalar paketinə Rusiya alüminiumunun idxalına mərhələli qadağa da daxil ola bilər. AFN.az-ın xəbərinə görə, məlumatı "Bloomberg" mənbələrə istinadən yayıb. Bildirilir ki, bu metalın alınmasına tam embarqo bir ildən sonra qüvvəyə minə bilər.16-cı sanksiyalar paketi kvota sisteminin tətbiqini nəzərdə tutur ki, bu sistem çərçivəsində Aİ ölkələri tam qadağa qüvvəyə minməzdən əvvəl bir il ərzində Rusiyadan alüminium ala biləcəklər. Eyni zamanda, agentlik qeyd edir ki, belə bir qərar icmanın bütün üzv ölkələri tərəfindən təsdiq edilməlidir, onların təklifləri rəsmi müzakirələr başlamazdan əvvəl dəyişikliklərə məruz qala bilər. Belə ki, bəzi ölkələr Rusiya alüminiumunun idxalına qadağa qoyulmasını dəstəkləmir, çünki idxal olunan bəzi məhsulların başqa ölkələrdən gələn tədarüklərlə tam əvəzlənməsi çətin olur."Bloomberg" BMT-nin "Comtrade" məlumatlarına istinadən yazır ki, ötən ilin yanvar-noyabr aylarında Aİ Rusiyadan təxminən 320 min ton emal olunmamış alüminium idxal edib ki, bu da bu metalın idxalının ümumi həcminin 6%-ni təşkil edir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta