AZ

PlayStation oyun konsollarının Rusiyaya tədarükünə qadağa qoyulur

Avropa İttifaqının diplomatik xidmətinin rəhbəri Kaya Kalas bəyan edib ki, Rusiyaya qarşı tətbiq olunacaq 16-cı sanksiyalar paketi çərçivəsində Rusiyaya PlayStation oyun konsollarının tədarükünə qadağa qoyulması istisna edilmir. Vətəninfo.az xəbər verir ki, bu barədə Financial Times (FT) nəşri yazır.

Kalas deyib ki, Avropa tərəfi Rusiyaya müharibə aparmağa nə kömək edə biləcəyini öyrənir ki, onlar da sanksiyalar siyahısına salınsın. Hətta video oyun konsolları da qadağan edilə bilər, çünki ruslar dronları idarə etmək üçün istifadə edirlər. Xatırladaq ki, ən böyük video oyun istehsalçıları Microsoft, Nintendo və Sony martın 22-də Rusiyada məhsullarının satışını dayandırıb. Buna görə də, oyun konsolları ilə bağlı qərar verilərsə, bu, üçüncü tərəflər və ya üçüncü ölkələr vasitəsilə yenidən satışa istinad edəcək.

Seçilən
5
2
veteninfo.az

10Mənbələr