AZ

Bloomberg: 15-ə yaxın Rusiya bankı SWIFT-dən ayrıla bilər



Avropa İttifaqı yeni sanksiyalar paketi çərçivəsində 15-ə yaxın Rusiya bankını SWIFT-dən ayırmağı planlaşdırır.

Bakupost.az xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.

"Sanksiya paketində 15-ə yaxın bankın SWIFT bank sistemindən ayrılmasını nəzərdə tutan məhdudiyyətlər təklif olunur", - deyə məlumatda bildirilir.

Nəşrin məlumatına görə, Avropa Komissiyası isəRusiya alüminiumunun idxalına mərhələli qadağa qoyulmasını təklif edir. Belə ki, Avropadakı müştərilər bir il ərzində kvota sistemi ilə metal ala biləcək, bundan sonra isə bu əməliyyatlara tam qadağa qüvvəyə minəcək.

Lalə, BakuPost

Seçilən
15
12
bakupost.az

10Mənbələr