AZ

Aİ-nin Rusiyaya qarşı növbəti sanksiyaları 35 fiziki şəxsi və 19 şirkəti əhatə edəcək

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 16-cı sanksiyalar paketi çərçivəsində qara siyahıya 35 fiziki şəxsi və 19 şirkəti daxil edəcək.

7News.Az TASS-a istinadən xəbər verir ki, bu barədə "Polskie Radio” məlumat yayıb.

Məlumata görə, sanksiya siyahısına Rusiya, Şimali Koreya və Çin vətəndaşları - müdafiə sənayesi kompleksinin əməkdaşları, enerji sahəsində sahibkarlar və Rusiya regionlarının hakimiyyət nümayəndələri, həmçinin Aİ tərəfindən "təbliğat və dezinformasiyada" ittiham olunan şəxslər daxil ediləcək.

Şirkətlərin siyahısına əsasən müdafiə sənaye kompleksi müəssisələri, həmçinin "Rusiyanın Ukraynada təcavüzünü dəstəkləyən strukturlar" əlavə ediləcək.

Eyni zamanda, 16-cı sanksiyalar paketinin layihəsində Rusiyadan mayeləşdirilmiş təbii qazın idxalına qadağa yer almayıb.

Bundan əvvəl Aİ-nin Rusiyadan alüminium idxalına mərhələli qadağa tətbiq edə biləcəyi barədə məlumat verilmişdi. Həmçinin 15-ə yaxın bankın SWIFT-dən ayrılması müzakirə olunur.
 
 

Seçilən
7
12
7news.az

10Mənbələr