Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi "Naxçıvan Muxtar Respublikası Təcili Yardım Xidməti" publik hüquqi şəxsi regionlarda yerləşən 32 ədəd təcili tibbi yardım geolokasiyalarının təchizatının gücləndirilməsinə dair malların alınmasına 1 760 350 AZN xərcləyəcək.
Pravda.az-ın xəbərinə görə, qurum "Azəri Med" QSC ilə müqavilə bağlamağı planlaşdırır.
Alınacaq məhsullara 64 ədəd xəstəbaşı monitor, 64 ədəd şırınqa pompası, 64 ədəd infuziya pompası, 64 ədəd venadaxili infuziyalar üçün ştativ, 64 ədəd 3 və 4 motorlu çarpayı, 32 ədəd 4 motorlu çarpayı və s. daxildir.
Qeyd: QSC-nin deputat Kəmaləddin Qafarova məxsus olduğu bildirilir.
Cabir Həsənov
Tarix: 30 Yanvar 2025, 09:52