Sumqayıtda dənizin səviyyəsinin enməsi səbəbindən üzə çıxan bərk məişət tullantılarının ərazidən yığılması, daşınması və zərərsizləşdirilməsi işlərinə xərclənəcək vəsaitin həcmi açıqlanıb.
Pravda.az-ın xəbərinə görə, görüləcək işlərə 65 863 AZN sərf ediləcək.
Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində "Sumqayıt Bulvar" MMC "Vedibasar İnşaat" şirkəti ilə müqavilə bağlamağı planlaşdırır.
Cabir Həsənov
Tarix: 30 Yanvar 2025, 10:48