AZ

Qarajında 15 klassik avtomobil var: 1915-ci ilə aid…- FOTO

Qarajında 15 klassik avtomobil var: 1915-ci ilə aid…

Türkiyənin Bursa şəhərində yaşayan Mehmet Nail addlı şəxs 30 il yaşadığı Amerikada istifadə etdiyi klassik avtomobilləri evinin qarajında saxlayır. 1915-ci ildən 1963-cü ilə qədər bir çox modelin nümayiş olunduğu qaraj qalereyanı xatırladır.

AzPost Türkiyə mətbuatına istinadla xəbər verir ki, Mehmet Nail 19 yaşında universitetdə oxumaq üçün ABŞ-a gedib. Universiteti bitirdikdən sonra Nyu-Yorkda yaşamağa davam edən Nail 30 ildən sonra Türkiyəyə qayıdıb. Nail klassik avtomobilləri Nyu Yorkdakı qarajından Bursadakı evinə gətirib və qarajını qalereyaya çevirib. Qarajında ​​1915-ci ildən 1963-cü ilə qədər 15 çox nadir klassik avtomobil sərgilənir.

“Qarajımda 15 antik avtomobil var. Bu avtomobillərin hissələrini tapmaq və onlara qulluq etmək həqiqətən çətindir. Bu maşınlara baxan usta dostumuz var. Ehtiyat hissələri lazım olanda biz onları ABŞ-dan tədarük edirik. Əslində, avtomobillərin çoxu Amerika istehsalıdır. 2 ədəd 1950 model Cadillac markalı avtomobil var. Türkiyədə onların sayı çox azdır. Qarajımızda ən dəyərli maşınlarımdan biri olan 1915-ci ilə aid Ford var. Çox göz oxşayan maşınlardır, ona görə də dərhal diqqəti cəlb edirlər. İstifadəsi də çətindir, çox diqqətli olmaq lazımdır” deyə avtomobillərin sahibi bildirib.

Seçilən
1
50
azpost.info

10Mənbələr