AZ

Powell: Fed-in siyasəti tənzimləmək üçün tələsməyə ehtiyac yoxdur

ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Jerome Powell, faiz qərarından sonra verdiyi açıqlamada, iqtisadiyyatın ümumilikdə güclü olduğunu ifadə edərək, "Fed-in siyasəti tənzimləmək üçün tələsməsinə ehtiyac yoxdur" dedi. ABŞ prezidenti Donald Trampın “Faiz dərəcələrinin çox aşağı düşməsini istərdim” deyib.

ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Jerome Powell bildirib ki, siyasət mövqeyini tənzimləmək üçün tələsməyə ehtiyac yoxdur, çünki siyasət mövqeyi əvvəlkindən əhəmiyyətli dərəcədə daha az məhdudlaşdırıcıdır və iqtisadiyyat güclü olaraq qalır.

Fed-in gözlənildiyi kimi siyasət faizini 4,25-4,50 faiz səviyyəsində dəyişməyərək saxlamasından sonra Pauel mətbuat konfransı keçirib.

İqtisadiyyatın ümumilikdə güclü olduğunu qeyd edən Pauell, son iki ildə hədəflərinə doğru ciddi irəliləyiş əldə etdiyini bildirib.

Pauell, əmək bazarı şərtlərinin soyuduğunu və güclü qaldığını və inflyasiyanın bir qədər yüksək olaraq qalmasına baxmayaraq, uzunmüddətli 2 faizlik hədəfə çox yaxınlaşdığını söyləyib.

Pauell qeyd edib ki, son göstəricilər iqtisadi fəallığın güclü templə böyüməyə davam etdiyini göstərir və 2024-cü il üçün Ümumi Daxili Məhsulun (ÜDM) istehlak xərcləri ilə dəstəklənən 2 faizi ötməsi gözlənilir.

Seçilən
7
8
kommersant.az

10Mənbələr