AZ

Kanada Trampın ritorikası fonunda ABŞ-yə “dost qalmağı” təklif edib

Kanadanın xarici işlər naziri Melani Coli ABŞ-yə “yaxşı dost” olaraq qalmağı təklif edib...

Ottava və Vaşinqton “dost qala bilərlər”, lakin Kanadanın ABŞ-yə birləşməsindən söhbət gedə bilməz.

Poliqon xəbər verir ki, bunu Kanadanın xarici işlər naziri Melani Coli Britaniyanın “Financial Times” nəşrinə müsahibəsində bildirib.

Kanadanın ABŞ-yə birləşdirilməsi məsələsinin ABŞ-yə səfəri zamanı müzakirə olunub-olunmaması ilə bağlı sualı cavablandırarkən, nazor “qətiyyən yox”, cavabını verib.

Coli əlavə edib ki, ABŞ və Kanada həqiqətən yaxşı dost ola bilərlər, lakin Ottava ölkənin ABŞ-a birləşməsi ideyasını qəbul edə bilməz.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp dəfələrlə bəyan edib ki, Kanada və Qrenlandiya Birləşmiş Ştatların tərkibinə daxil olmalıdır. O, həmçinin Panama kanalını ABŞ-ın nəzarətinə qaytarmaq niyyətində olduğunu bildirib. Respublikaçı prezidentin bəyanatları Panama, Kanada və Danimarka hakimiyyətlərinin sərt reaksiyası ilə qarşılanıb.

Poliqon.info

Seçilən
1
2
poliqon.info

10Mənbələr