AZ

Kanada Trampın ritorikası fonunda ABŞ-a “dost qalmağı” təklif edir

Ottava və Vaşinqton “dost qala bilərlər”, lakin Kanadanın ABŞ-a qoşulmasından söhbət gedə bilməz.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Kanadanın xarici işlər naziri Melani Coli Britaniyanın “Financial Times” nəşrinə müsahibəsində bildirib.

“Qətiyyən yox” deyə o, ABŞ-a səfəri zamanı Kanadanın Birləşmiş Ştatlara qoşulması məsələsinin müzakirə edilib-edilməməsi ilə bağlı suala cavab verərək vurğulayıb.

Coli əlavə etdi ki, ABŞ və Kanada “həqiqətən yaxşı dost ola bilərlər”, lakin Ottava ölkənin ABŞ-a qoşulması ideyasını qəbul edə bilməz.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp dəfələrlə bəyan edib ki, Kanada və Qrenlandiya ABŞ-ın bir hissəsi olmalıdır. O, həmçinin Panama kanalını ABŞ-ın nəzarətinə qaytarmaq niyyətində olduğunu bildirib. Respublikaçının bəyanatları Panama, Kanada və Danimarka hakimiyyətlərinin kəskin reaksiyası ilə qarşılanıb.

Seçilən
0
44
nocomment.az

10Mənbələr