AZ

Kanada və Meksikaya tariflər şənbə günü elan ediləcək - Tramp

Bakı,TurkicWorld

ABŞ Prezidenti Donald Trump, bu ölkələrdən ABŞ-a qeyri-qanuni miqrasiya və fentanil axını, eləcə də ticarət kəsirini əsas gətirərək, 1 fevraldan etibarən Kanada və Meksikadan idxal edilən məhsullara 25%-lik gömrük rüsumu tətbiq olunacağını açıqlayıb.

TurkicWorld xəbər verir ki , Ağ evdə jurnalistlərin Kanada və Meksikaya planlaşdırılan tariflərlə bağlı sualına cavab verən Trump, bu ölkələrə 25% rüsum tətbiq edəcəyini təsdiqləyib.

Tariflərin şənbə günü rəsmi olaraq açıqlanacağını bildirən Trump, "Həqiqətən bunu etməliyik, çünki bu ölkələrlə çox böyük ticarət kəsirlərimiz var. Bu tariflər zamanla arta da, artmaya da bilər." - deyə əlavə edib.

Kanada və Meksikadan idxal edilən neftə rüsum tətbiq olunub-olunmayacağı ilə bağlı suala cavab olaraq Trump, bu məsələdə qərarın hələ verilmədiyini və gecə ərzində müzakirə ediləcəyini bildirib.

Kanada və Meksikanın ticarətdə ABŞ-a qarşı "çox ədalətsiz" davrandığını vurğulayan Trump, "Onların malik olduğu məhsullara ehtiyacımız yoxdur." - deyə qeyd edib.

Trump, Çinin öz məhsullarını Meksika vasitəsilə ABŞ-a göndərdiyini də bildirərək, "Mən Çinlə bağlı da bir tədbir görməyi düşünürəm, çünki onlar ölkəmizə fentanil göndərirlər və bunun nəticəsində yüzlərlə, hətta minlərlə insan həyatını itirir. Çin bunun üçün tarif ödəməlidir və biz bunu edəcəyik. Qərarın necə olacağı hələ dəqiqləşməyib, lakin Çin ölkəmizə fentanil göndərməyi və insanlarımızın ölümünə səbəb olmağı dayandırmalıdır."- deyə bildirib.

Seçilən
1
44
turkic.world

10Mənbələr