AZ

Boqomolski: “Komandalarımız təxminən bərabər gücdədirlər“

Azərbaycan millisi yoldaşlıq oyunu çərçivəsində Belarusla qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, “Bank Respublika Arena”da keçiriləcək matç saat 21:45-də start görürəcək.

Oyunla bağlı “Neftçi”nin belaruslu Yeqor Beqomolski AFFA-nın mətbuat xidmətinə müsahibə verib.

– Azərbaycan və Belarus milli komandaları arasında yoldaşlıq görüşünün keçiriləcəyi barədə məlumatı eşidəndə hansı hissləri keçirdiniz?

– Belarus və Azərbaycan milliləri arasında yoldaşlıq oyununun olacağını öyrəndikdə sevindim. Çünki hər iki komandada çoxlu tanışlarım var. Həmin oyunu izləmək maraqlı olacaq.

– Minsk “Dinamo”su bu mövsüm UEFA Konfrans Liqasındakı ev oyunlarını Sumqayıtda keçirdi. Bu amil Belarus yığmasına kömək edə bilər?

– Sizinlə razıyam. Millimizdə “Dinamo”dan çoxlu futbolçular olur. Onlar artıq Azərbaycanı tanıyırlar. Yəqin ki, bu, komandaya nisbətən kömək edəcək.

– Artıq 3 ilə yaxındır ki, Azərbaycandasınız. Oyunöncəsi millidəki komanda yoldaşlarınıza hansısa məsləhətləriniz olacaq?

– Yığmada kifayət qədər təcrübəli futbolçular var. Əlbəttə ki, onlara hansısa kömək lazım olsa, bunu edəcəyəm.

– Bir hücumçu olaraq Azərbaycan millisində ən çox çəkindiyiniz müdafiəçi kimdir?

– Elvin Cəfərquliyev və Bəhlul Mustafazadəni xüsusi vurğulamaq istərdim.

– Sizcə, Azərbaycan millisinin üstün və zəif cəhətləri nələrdir?

– Sizin texniki cəhətdən yaxşı futbolçulardan qurulmuş kifayət qədər güclü milliniz var.

– Belarus millisinə 2023-cü ildən Karlos Alos baş məşqçilik edir. İspaniyalı mütəxəssis komandada nələrisə dəyişə bilib?

– Komandamızın nəticələri yaxşılaşıb. Təbii ki, buna görə baş məşqçi də tərifə layiqdir.

– Həm Belarus, həm də Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsinə hazırlaşır. Yoldaşlıq oyununun seçmə mərhələyə hazırlıq zamanı nə kimi faydaları olacaq?


. Ona görə də bu oyun hər iki millinin seçmə mərhələyə hazırlığına xeyir verəcək.

Seçilən
98
6
futbolpress.az

9Mənbələr