AZ

Azərbaycanda pivə istehsalı azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 519,1 min dekalitr pivə istehsal olunub.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 92,6 min dekalitr və 15,1% azdır.

Ötən il, yəni 2024-cü ilin yanvar-fevral aylarında ölkədə 611,7 min dekalitr pivə istehsal olunub.

Bu ilin martın 1-nə olan məlumata görə, pivə istehsalında Azərbaycanda hazır məhsul ehtiyatı 272,8 min dekalitr təşkil edib.

Bizim.Media

Seçilən
195
6
bizim.media

10Mənbələr