AZ

Azərbaycanda araq istehsalı - 20% ARTIB

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 221,5 min dekalitr araq istehsal edilib.

FED.az bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, arağın istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 19,7% və ya 36,4 min dekalitr artıb.

Belə ki, 2024-cü ilin ilk iki ayında Azərbaycanda 185,1 min dekalitr araq istehsal edilib.

Bu ilin martın 1-nə hazır məhsul ehtiyatı 177,2 min dekalitr təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,6 min dekalitr və ya 5,7% çoxdur.

Seçilən
95
9
fed.az

10Mənbələr