Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 221,5 min dekalitr araq istehsal edilib.
Publika.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 36,4 min dekalitr və ya 19,7% çoxdur. Belə ki, ötən ilin eyni dövründə ölkədə 185,1 min dekalitr araq istehsal edilib.
Mart ayının 1-nə olan məlumata görə, araq istehsalında ölkədə hazır məhsul ehtiyatı 177,2 min dekalitr təşkil edib.
Bəhs olunan dövrdə Azərbaycanda pivə istehsalı isə 519,1 min dekalitr olub. Bu, bir il əvvələ nisbətən 92,6 min dekalitr və 15,1% azdır. 2024-cü ilin ilk iki ayında ölkədə 611,7 min dekalitr pivə istehsal olunub.
Bu ilin martın 1-nə olan məlumata görə, pivə istehsalında Azərbaycanda hazır məhsul ehtiyatı 272,8 min dekalitr təşkil edib.