Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 221,5 min dekalitr araq istehsal edilib.
Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin ilk iki ayında ölkədə araq istehsalı 185,1 min dekalitr olub.
Bu il ötən ilin eyni dövrü ilə müqayisədə ölkədə 36,4 min dekalitr və ya 19,7% çox araq istehsal edilib.
Mart ayının 1-nə olan məlumata görə, araq istehsalında ölkədə hazır məhsul ehtiyatı 177,2 min dekalitr təşkil edib.
Bizim.Media