AZ

Goranboyda minik avtomobili aşıb, ölən və xəsarət alan var

Goranboyda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə Bakı Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ 21015" markalı minik avtomobili yoldan çıxaraq aşıb.

Qəza nəticəsində 1 nəfər ölüb 1 nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
174
20
apa.az

10Mənbələr