Goranboyda baş verən ağır yol qəzasının təfərrüatları məlum olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax yolunun Goranboy rayonundan keçən hissəsində baş verib.
Hərəkətdə olan "VAZ 21015" markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü 1987-ci il təvəllüdlü Seymur Tağıyev və dostu 1989-cu il təvəllüdlü Samir Rzayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Həkimlərin səyinə baxmayaraq Samir Rzayevin həyatını xiıas etmək mümkün olmayıb. O xəstəxanada dünyasını dəyişib.
Seymur Tağıyevin müalicəsi isə davam etdilir. Onun vəziyyəti isə orta-ağər qiymətləndirilir.
Faktla bağlı araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu