AZ

Gəncədə AĞIR QƏZA – Ölən və yaralananlar VAR – FOTO/VİDEO

Gəncədə yol nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb. 

Hərəkətdə olan "VAZ 2106" və "BMW" markalı avtomobillərin toqquşması zamanı 1973-cü il təvəllüdlü Talıb Cabbarov hadisə yerində dünyasını dəyişib. 
 

Avtomobildə olan sərnişinlər 2006-cı il təvəllüdlü Gülnarə Cabbarova, 1993-cü il təvəllüdlü Münasib Hüseynov və 1999-cü il təvəllüdlü Zülfiyyə Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirliblər. Onlara ilkin tibbi yardım göstərilib, müalicələri davam etdilir. 


Faktla bağlı araşdırma başlanılıb.




Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Seçilən
164
20
bizim.media

10Mənbələr