Goranboy rayonunda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
"Report"un Qərb bürosunun məlumatına görə, VAZ markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1995-ci il təvəllüdlü Samir Rzayev ölüb, 1987-ci il təvəllüdlü Seymur Tağıyev isə yaralanıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız