Bakı-Qazax yolunda ağır yol qəzası baş verib.
Referans.az bildirir ki, Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə magistral yolunun Goranboy rayonundan keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, "VAZ 21015" markalı avtomobilin aşması nəticəsində Seymur Tağıyev (1987) və dostu Samir Rzayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılardan S. Rzayevin vəziyyəti daha ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.