Gəncədə yol nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb.
Hərəkətdə olan "VAZ 2106" və "BMW" markalı avtomobillərin toqquşması zamanı 1973-cü il təvəllüdlü Talıb Cabbarov hadisə yerində dünyasını dəyişib.
Avtomobildə olan sərnişinlər 2006-cı il təvəllüdlü Gülnarə Cabbarova, 1993-cü il təvəllüdlü Münasib Hüseynov və 1999-cü il təvəllüdlü Zülfiyyə Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirliblər. Onlara ilkin tibbi yardım göstərilib, müalicələri davam etdilir.
Faktla bağlı araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu