Kevin De Bruyne cari mövsümün sonunda "Mançester Siti"dən ayrılacaq.

Offsideplus.az xəbər verir ki, belçikalı bu barədə rəsmi sosial şəbəkə hesablarından açıqlama yayıb. Onun həmin açıqlamasından qısa bir hissəni sizə təqdim edirik:

"Futbol məni hamınıza və bu şəhərə gətirdi, xəyalımın arxasınca qaçdım, bu dövrün həyatımı dəyişəcəyini bilmədim. Bu şəhər. Bu klub. Bu insanlar... Mənə hər şeyi verdilər, hər şeyi geri verməkdən başqa çarəm yox idi! Və təxmin edin, biz hər şeyi qazandıq".

De Bruyne 2015-ci ildən bəri MS-də çıxış edirdi. O, "şəhərlilər"in heyətində 413 oyunda 106 qol vurub və 174 məhsuldar ötürmə edib.