AZ

Azərbaycanın Belçikaya ixracı 22 dəfədən çox azalıb

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycanla Belçika arasındaticarət əməliyyatlarının həcmi 8,9 milyon ABŞ dolları təşkiledib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici iləmüqayisədə 5,8 milyon ABŞ dolları və ya 39,5% azdır. 2024-cü ilineyni dövründə Azərbaycanla Belçika arasında ticarətəməliyyatlarının həcmi 14,7 milyon ABŞ dolları idi.

Cari ilin yanvar-fevral aylarında Azərbaycandan Belçikayaixracın həcmi 292 min ABŞ dolları olub. Bu, illik müqayisədə 6,3milyon ABŞ dolları, yaxud da 22,7 dəfə azdır. Ötən ilin müvafiqdövründə Azərbaycandan Belçikaya ixracın həcmi 6,6 milyon ABŞdolları təşkil edib.

Hesabat dövründə Belçikadan Azərbaycana 8,6 milyon ABŞ dollarıdəyərində idxal əməliyyatları icra olunub ki, bu da 2024-cü ilineyni dövrü ilə müqayisədə 522 min ABŞ dolları və ya 6,5% artımdeməkdir. 2024-cü ilin yanvar-fevral aylarında BelçikadanAzərbaycana idxalın həcmi 8,1 milyon ABŞ dolları idi.

Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycanınxarici ticarət dövriyyəsinin həcmi 8,9 milyard ABŞ dolları olub. Bugöstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 milyard ABŞdolları və ya 23,2% çoxdur.

Hesabat dövründə ticarət dövriyyəsinin 4,8 milyard dollarıixracın, 4,1 milyard dolları idxalın payın düşüb ki, bunlar da,illik müqayisədə müvafiq olaraq 13 milyon dollar və ya 0,3% az və1,7 milyard dollar və ya 69,2% çoxdur. Xarici ticarətdə 628 milyondollarlıq müsbət saldo yaranıb ki, bu da, illik müqayisədə 1,7milyard dollar və ya 3,7 dəfə azdır.

Seçilən
128
20
az.trend.az

10Mənbələr