Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanla Serbiya arasındaticarət əməliyyatlarının həcmi 47,9 milyon ABŞ dolları təşkiledib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.
Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici iləmüqayisədə 43,2 milyon ABŞ dolları və ya 10,2 dəfə çoxdur.
Hesabat dövründə Serbiya ilə ticarət dövriyyəsi Azərbaycanınümumi ticarət dövriyyəsinin 0,54%-i həcmində olub.
Cari ilin yanvar-fevral aylarında Azərbaycandan Serbiyaya 46,5milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eynidövrü ilə müqayisədə 43,9 milyon ABŞ dolları və ya 17,9 dəfəçoxdur.
Eyni zamanda, hesabat dövründə Serbiyadan Azərbaycana 1,4 milyonABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,1 milyon ABŞ dolları və ya50,3% azalma deməkdir.
Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycanınxarici ticarət dövriyyəsinin həcmi 8,9 milyard ABŞ dollarıolub.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə1,7 milyard ABŞ dolları və ya 23,2% çoxdur.
Hesabat dövründə ticarət dövriyyəsinin 4,8 milyard dollarıixracın, 4,1 milyard dolları idxalın payın düşüb ki, bunlar da,illik müqayisədə müvafiq olaraq 13 milyon dollar və ya 0,3% az və1,7 milyard dollar və ya 69,2% çoxdur.
Hesabat dövründə xarici ticarətdə 628 milyon dollarlıq müsbətsaldo yaranıb ki, bu da, illik müqayisədə 1,7 milyard dollar və ya3,7 dəfə azdır.