Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanla Səudiyyə Ərəbistanıarasında ticarət əməliyyatlarının həcmi 7 milyon ABŞ dolları təşkiledib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.
Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici iləmüqayisədə 1,6 milyon ABŞ dolları və ya 29% çoxdur.
Hesabat dövründə Səudiyyə Ərəbistanı ilə ticarət dövriyyəsiAzərbaycanın ümumi ticarət dövriyyəsinin 0,08%-i həcmində olub.
Cari ilin yanvar-fevral aylarında Azərbaycandan SəudiyyəƏrəbistanına 484 min dollarlıq məhsul ixracı qeydə alınıb. Bu,2024-cü ilin eyni dövrü ilə müqayisədə 195 min ABŞ dolları və ya28,7% azdır.
Eyni zamanda, hesabat dövründə Səudiyyə ƏrəbistanındanAzərbaycana 6,5 milyon ABŞ dolları dəyərində idxal əməliyyatlarıicra olunub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,8milyon ABŞ dolları və ya 37,3% artım deməkdir.
Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycanınxarici ticarət dövriyyəsinin həcmi 8,9 milyard ABŞ dollarıolub.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə1,7 milyard ABŞ dolları və ya 23,2% çoxdur.
Hesabat dövründə ticarət dövriyyəsinin 4,8 milyard dollarıixracın, 4,1 milyard dolları idxalın payın düşüb ki, bunlar da,illik müqayisədə müvafiq olaraq 13 milyon dollar və ya 0,3% az və1,7 milyard dollar və ya 69,2% çoxdur.
Hesabat dövründə xarici ticarətdə 628 milyon dollarlıq müsbətsaldo yaranıb ki, bu da, illik müqayisədə 1,7 milyard dollar və ya3,7 dəfə azdır.