AZ

Azərbaycanla Kanada arasında ticarət əməliyyatları 44 dəfəyə yaxın artıb

Bakı. TurkicWorld:

Bu ilin yanvar-fevral aylarında Azərbaycanla Kanada arasında ticarət əməliyyatlarının həcmi 93,6 milyon ABŞ dolları təşkil edib.

Bu barədə TurkicWorld Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Bildirilib ki, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 91,5 milyon ABŞ dolları və ya 43,7 dəfə çoxdur.

Hesabat dövründə Kanada ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,05%-i həcmində olub.

Cari ilin yanvar-fevral aylarında Azərbaycandan Kanadaya 409 min dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 202 min ABŞ dolları və ya 97,6% çoxdur.

Eyni zamanda, hesabat dövründə Kanadadan Azərbaycana 93,2 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 91,3 milyon ABŞ dolları və ya 48,2 dəfə artım deməkdir.

Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 8,9 milyard ABŞ dolları olub.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 milyard ABŞ dolları və ya 23,2% çoxdur.

Hesabat dövründə ticarət dövriyyəsinin 4,8 milyard dolları ixracın, 4,1 milyard dolları idxalın payın düşüb ki, bunlar da, illik müqayisədə müvafiq olaraq 13 milyon dollar və ya 0,3% az və 1,7 milyard dollar və ya 69,2% çoxdur.

Hesabat dövründə xarici ticarətdə 628 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da, illik müqayisədə 1,7 milyard dollar və ya 3,7 dəfə azdır.

Seçilən
114
26
turkic.world

10Mənbələr