EN

"Alibaba" yeni süni intellekt modelini təqdim edib

Çin texnologiya şirkəti "Alibaba" çərşənbə günü "DeepSeek-V3" modelini geridə qoyduğunu iddia etdiyi "Qwen 2.5" süni intellekt modelinin yeni versiyasını istifadəyə verdiyini elan edib.  

"Qwen 2.5-Max"in təqdim edilməsinin qeyri-adi vaxt seçilməsi diqqət çəkib, çünki bu gün Çin xalqının ailələri ilə birlikdə qeyd etdiyi "Ay Yeni ili" bayramının ilk günüdür. Çin süni intellekt startapı "DeepSeek"in son üç həftə ərzində sürətlə yüksəlməsi təkcə xarici deyil, yerli rəqiblərinə də ciddi təzyiq yaradıb.  

"Alibaba"nın bulud texnologiyaları bölməsi rəsmi "WeChat" hesabında yayımladığı açıqlamada ""OpenAI" və "Meta"nın ən inkişaf etmiş açıq mənbəli süni intellekt modellərinə istinad edərək, "Qwen 2.5-Max", "GPT-4o", "DeepSeek-V3" və "Llama-3.1-405B" modellərinin demək olar ki, hamısından daha yüksək nəticə göstərir" deyə bildirib.  

"DeepSeek" şirkətinin "DeepSeek-V3" modelinə əsaslanan süni intellekt assistentini 10 yanvarda, "R1" modelini isə 20 yanvarda təqdim etməsi Silikon Vadisində böyük rezonans doğurub və texnologiya səhmlərinin dəyərinin enməsinə gətirib çıxarıb. Çin startapının iddia edilən aşağı inkişaf və istismar xərcləri investorları ABŞ-nin aparıcı süni intellekt şirkətlərinin böyük maliyyə planlarını yenidən dəyərləndirməyə vadar edib.  

Lakin "DeepSeek"in uğuru yerli rəqiblərini də öz süni intellekt modellərini təkmilləşdirmək üçün hərəkətə keçirib.  

"DeepSeek-R1"in təqdimatından iki gün sonra "TikTok"un sahibi "ByteDance", "Microsoft" tərəfindən dəstəklənən "OpenAI"nin "o1" modelini "AIME" testində geridə qoyduğunu iddia etdiyi əsas süni intellekt modelinə yeniləmə təqdim edib. "AIME" süni intellekt modellərinin mürəkkəb göstərişləri nə dərəcədə yaxşı başa düşdüyünü və cavablandırdığını ölçən bir müqayisə testidir.  

Rəhim

Chosen
30
42
valyuta.az

10Sources