Beş ay əvvəl torpaq sürüşməsi baş vermiş Qubanın Küpçalqışlaq kəndinin ərazisində baş verən torpaq sürüşməsi yenidən aktivləşib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, həmin sürüşmə yerində əmələ gələn çatlarda genişlənmə müşahidə olunur.
Quba FHK sədri, icra başçısının birinci müavini Tariyel İbrahimov faktı təsdiqləyib.
Onun sözlərinə görə, elə o vaxtdan kəndə gələn yeganə yol bağlıdır:
“Samur-Abşeron kanalının kənarından kəndə müvəqqəti alternativ yol da vermişik”.
Problemin həlli məqsədilə Quba icra hakimiyyəti yenidən müvafiq mərkəzi qurumlara müraciət edəcək.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта