RU

Yerli özünüidarəetmə orqanlarına maraq artıb- ÖZƏL

"Azərbaycanda bələdiyyə seçkisi keçirildi. Bildirildiyinə görə 685 bələdiyyəyə 8071 nəfər üzv seçilməlidir. İki saat qabaq mən də 23 saylı Nəsimi-Səbail seçki dairəsindəki 13 saylı məntəqədə səs verdim. Ötən bələdiyyə seçkisində də təqribən eyni vaxtda, yəni nahardan sonra həmən məntəqəyə gedib səs vermişdim. Onda növbə yox idi. İndi isə məndən qabaqda da, arxada da xeyli seçici vardı". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Belə görürəm ki, bələdiyyələrin fəaliyyətlərinin təkmilləşdirlməsi yönündə ötən il atılan addımlar, o sıradan qanunvericilik müstəvisindəki dəyişikliklər, onların təmərküzləşdirilməsi, yerli özünüidarəetmə orqanlarına marağı artırıb. Mən bu fikirdəyəm ki,   bələdiyyələrin daha effektli fəaliyyətləri üçün qarşıdakı illərdə yenə də bir sıra mühüm dəyişiliklər baş verəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
18
50
olaylar.az

10Источники