"Meta" ABŞ prezidenti Donald Trampa $25 milyon ödəyəcək. “Ulusum”.az xəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Məlumata görə, tərəflər bu məbləğ üzrə kompensasiya məsələsini əvvəlcədən məhkəmə qərarı ilə razılaşdırıblar.Meta, 2021-ci ildə Trampın şirkətə və onun baş icraçı direktoru Mark Zuckerberg-ə qarşı açdığı məhkəmə iddiasını həll etmək üçün təxminən $25 milyon ödəmək razılığına gəlib. İddianın səbəbi, ABŞ Konqresinin binasına edilən hücumdan sonra Trampın sosial şəbəkələrdəki hesablarının bloklanmasıdır.Ödənilən məbləğin $3 milyon hissəsi siyasətçinin hüquqi xərclərini qarşılayacaq. Qalan $22 milyon isə Trampın prezidentlik kitabxanasının fonduna yönəldiləcək.Trampın sosial şəbəkələrdəki hesabları 2021-ci ildə Kapitoliyə hücumla bağlı yazdıqlarına görə bloklanmışdı. Hesablar yalnız 2023-cü ilin fevralında bərpa edilib.Səidə
Diqqət Çəkənlər
Trampın portretinin Maqma Memorialına əlavə edilməsi təklif olunub
Tramp və Vindzor ailəsi arasındakı münasibətlərin gələcəyi necə olacaq?
Hindistanda festival zamanı izdihamda ən azı 15 nəfər həlak olub