AZ

Zukerberq Trampa 25 milyon dollar ödəyəcək

"Meta” korporasiyası ABŞ Prezidenti Donald Trampın Kapitolidə baş verən iğtişaşlardan sonra Feysbuk və İnstaqram hesablarının əngəlləməsi səbəbindən 2021-ci ildə şirkətə qarşı açdığı iddianın həlli çərçivəsində ona 25 milyon dollar ödəmək qərarını açıqlayıb.

Aktual.az xəbər verir ki, bu barədə "Nyu York Tayms” məlumat yayıb.

Məlumata görə, Tramp şirkətlə barışıq sazişi imzalayıb:

"Müqavilənin şərtlərinə əsasən, 22 milyon dollar prezident kitabxanasının fonduna bağışlanacaq, qalan vəsait isə məhkəmə xərclərinə yönəldiləcək”.

Qeyd olunur ki, "Meta”nın sahibi Mark Zukerberq korporasiyanı yeni administrasiyanın mümkün məhdudiyyətlərindən qorumaq üçün Trampla münasibətləri yaxşılaşdırmağa çalışır.

Seçilən
0
2
ulusum.az

10Mənbələr