AZ

Meta Trampa 25 milyon dollar ödəyəcək

Meta ABŞ prezidenti Donald Trampa təxminən 25 milyon dollar ödəməyə razılaşıb.  Bu barədə "The Wall Street Journal” nəşri yazıb. 

ABŞ Kapitoluna hücumdan sonra sosial platforma onun hesablarını blokladıqdan sonra Tramp şirkətə və onun direktoruna qarşı iddia qaldırıb.

Meta şirkətinin nümayəndəsi Endi Stoun şirkətin 25 milyon dollar ödəyəcəyini, bunun 22 milyonunun Trampın prezidentlik kitabxanasının fonduna, qalanının isə məhkəmə xərclərinin ödənilməsinə yönəldiləcəyini açıqlayıb.

Stounun sözlərinə görə, barışıq müqaviləsi şirkətdən qanun pozuntusunu açıq şəkildə etiraf etməyi tələb etmir.
 
Aytac 

www.anews.az
Seçilən
1
18
anews.az

10Mənbələr