Demokrat.az "Nuhçıxan"a istinadən xəbər verir ki, hadisə rayonun Dəstə kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Hyundai" markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb.
Hadisə zamanı Ordubad rayonu, Qoşadizə kənd sakinləri - 1989-cu il təvəllüdlü Tural Bəşir oğlu Tağıyev, həyat yoldaşı Əsmər Baxışəli qızı Tağıyeva, övladları 2016-cı il təvəllüdlü Vüqar Tural oğlu Tağıyev və Səma Tural qızı Tağıyeva xəsarət alıblar.