AZ

Ordubadda ağır qəza – Ata, ana və 9 yaşlı iki övladları xəsarət aldı – FOTO

Ordubad rayonunda bir ailə qəzaya düşüb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  hadisə rayonun Dəstə kəndi ərazisində qeydə alınıb.

69-BF-289 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb. Qəza zamanı avtomobildə olan bir ailənin 4 üzvü, Ordubad rayon Qoşadizə kənd sakinləri 36 yaşlı Tağıyev Tural Bəşir oğlu, həyat yoldaşı Tağıyeva Əsmər Baxışəli qızı, övladları 9 yaşlı Tağıyev Vüqar Tural oğlu və 9 yaşlı Tağıyeva Səma Tural qızı xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətlərinin ağır olduğu bildirilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, həmçinin polis əməkdaşları cəlb edilib.

 

Seçilən
59
21
heftelik.az

10Mənbələr