Naxçıvan, 20 mart, AZƏRTAC
Ordubad rayonunun Dəstə kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 69-BF-289 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb. Qəza nəticəsində Ordubad rayonunun Qoşadizə kənd sakinləri – 1989-cu il təvəllüdlü Tağıyev Tural Bəşir oğlu, həyat yoldaşı Tağıyeva Əsmər Baxışəli qızı, övladları 2016-cı il təvəllüdlü Tağıyev Vüqar Tural oğlu və Tağıyeva Səma Tural qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyətlərinin ağır olduğu bildirilir.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.