AZ

Ordubad rayonunda bir ailə qəzaya düşüb

Ordubad rayonunda bir ailə qəzaya düşüb. 

News365.az xəbər verir ki, hadisə rayonun Dəstə kəndi ərazisində qeydə alınıb.  69-BF-289 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb. Qəza zamanı avtomobildə olan bir ailənin 4 üzvü, Ordubad rayon Qoşadizə kənd sakinləri 36 yaşlı Tağıyev Tural Bəşir oğlu, həyat yoldaşı Tağıyeva Əsmər Baxışəli qızı, övladları 9 yaşlı Tağıyev Vüqar Tural oğlu və 9 yaşlı Tağıyeva Səma Tural qızı xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətlərinin ağır olduğu bildirilir. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, həmçinin polis əməkdaşları cəlb edilib

Seçilən
176
10
news365.az

10Mənbələr